Layihə şəhər sakinlərinə təbiətin əhatəsində, şəhərin səs-küylü ritmindən uzaq yaşıl mühitdə yaşamaq imkanı təklif edir. Sahəsi 34-250 kvadratmetr arasında dəyişən, 2-6 otaqlı 1772 mənzildən ibarət olan, 3 mərhələli şəkildə tamamlanması nəzərdə tutulan “Green Diamond” yaşayış kompleksinin tikintisi 2016-cı ilin may ayında başladı. Yeni Green Diamond layihəsi ilə Maqro İnşaat insanlara unikal, dəbdəbəli, rahat və sərfəli həyat təklif edir.Green Budapeşt yaşayış kompleksində olduğu kimi, Green Diamond sakinlərinə hər bir avadanlıq ilə tam təchiz olunmuş evlər təhvil veriləcəkdir. Bütün mənzillərdəki mətbəxlər məişət əşyaları, soba, qaz plitəsi və davlumbaz kimi məişət texnikaları və şkaflarla təchiz olunacaqdır. Sakinlər yaradılmış xüsusi landşaft zonaları sayəsində təbiətdən həzz ala biləcəklər. Sakinlər günə pəncərələrdən gələn təmiz hava və nəqliyyatın səsi əvəzinə quşların şirin civiltisi ilə başlayacaqlar.Green Diamond sakinlərinə üç üzgüçülük hovuzu, dörd açıq idman meydançası, dörd uşaq meydançası, yeddi pavilion (besedka), gəzinti və qaçış yolları, dörd basketbol meydançası, 17 sosial terras və qapalı fitnes mərkəzi, həmçinin aptek, supermarket kimi ticarət obyektləri, uşaq bağçası və məktəb daxil olan çoxsaylı abadlıq obyektləri ilə zəngin yeni həyat tərzi təklif ediləcəkdir.Green Diamond-da əmlak alarkən həmin imtiyazlar sakinlər mənzillərə köçdükdən sonra da hökm sürəcəkdir. Mənzillərin təhvil verilmə tarixindən sonra bir il müddətində Maqro İnşaat öz müştərilərinə bütün texniki məsələlər, təmir və texniki xidmət işləri ilə bağlı peşəkar xidmət göstərəcəkdir. Bundan əlavə, peşəkar xidmətlər çərçivəsində yaşayış kompleksinin girişləri kimi ümumi sahələrin təmizlənməsi və baxımı da mütəmadi olaraq həyata keçiriləcəkdir.
Adından da göründüyü kimi layihə üçün ətraf mühit və yaşıllıq prioritetdir. Green Budapeşt kompleksində 3.500 m2 landşaft və yaşıllıq sahəsi, basketbol meydançası və uşaq meydançaları vardır.Landşaft dizaynerlərinin yaratdığı sıx yaşıllıqla örtülü mühit sakinlərin gündəlik əhval-ruhiyyəsinə müsbət təsir göstərən dinc, təbii və sağlam mühiti təklif edir.Təmiz hava, yaşıl çəmənliklər, idman meydançaları, bir sözlə buradakı hər şey Maqro İnşaat müştərilərinin özlərini yaxşı, rahat və dinc bir mühitdə hiss etmələri üçün düşünülübdür.Kompleks hər biri 15 ilə 23 mərtəbə arasında dəyişən dörd blokdan ibarət, 42 m2 ilə 407 m2 arasında dəyişən planlı fərdi mənzillərdən ibarətdir. Green Budapeşt kompleksi 48 milyon dollar sərmayə ilə tikilibdir. Kompleks yüksək keyfiyyətli materiallardan və işçi qüvvəsindən istifadə etməklə Avropa standartlarına uyğun inşa edilib.